ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı hərəkətsizliyə görə digər ölkələrdən təzminat tələb edəcək.

"Unikal" xəbər verir ki, ABŞ Prezidenti hesab edir ki, İran və Hörmüz boğazındakı gəmiçiliklə bağlı böhran zamanı Vaşinqtona kömək etməyən ölkələr ABŞ-yə təzminat ödəməlidirlər.

O, "Hörmüz boğazından neft axır. Dünyanın hər yerində bizə kömək etməyən ölkələr ABŞ-nin xərclərini ödəməli olacaqlar və bu yalançı böhran bitdikdə bunu mütləq edəcəklər", - deyə o, "Truth Social"da yazıb.