Almaniyanın Erkelenz şəhərində kiçik təyyarə qəzaya uğrayıb. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  hadisə nəticəsində 3 nəfər həlak olub. 

Polisin məlumatına görə, Cessna təyyarəsi səhər saat 11:20 radələrində Mönhenqladbaxın cənubundakı Erkelenz-Gerderat kəndi yaxınlığındakı tarlaya düşüb. Ekipaj və qəzaya səbəb olan hallar barədə təfərrüatlar hələlik məlum deyil.

Hazırda yanğınsöndürmə briqadası və polis hadisə yerindədir.