Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri olan Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal müddətində monastırda ermənilərin "qədim" kitablarının sərgisi kimi təqdim olunan kitabların saxta olduğunu nümayiş edib.
H.Hacıyev kitablarda sadəcə bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu göstərib.
"Unikal" xəbər verir ki, bu gün "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan Ermənistan parlamentinin spikerindən buna cavab verməsini tələb edib.
Ruben Rubinyan isə, görünür, erməni saxtakarlığının ifşasına deyəcək söz tapmayıb və belə cavab verib: "Yaxşı tərəfi odur ki, biz hazırda sülh vəziyyətindəyik. Fikir ayrılıqlarımız və ya mübahisələrimiz sərhəd atışmalarında və ya toqquşmalarda yox, bu cür məsələlərdədir".
Ağarza Elçinoğlu
"Old armenian history" 🤣 empty books...
— Unikal.az (@UnikalOrgPortal) September 12, 2026
Thank you for exposing Armenian falsifications, dear @HikmetHajiyev 👍🇦🇿 pic.twitter.com/zBGtdfwBOg












.jpg)





























.jpg)

.jpg)












