“Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində iki saatdan çox ifadə veriblər.
"Unikal" xəbər verir ki, ssenaristlər Silivri Ədliyyəsinə məlumat sahibi qismində çağırılıblar.
Onların ifadəsi 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlu ilə bağlı yenidən başladılan araşdırma çərçivəsində alınıb.
Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialında Kaşif Kozinoğludan ilhamlandığı iddia edilən “Kazım Kaşifoğlu” obrazı yer alıb. Maraqlıdır ki, serialın 136-cı bölümündə Kaşifoğlunun öldürülməsi ilə bağlı səhnələr yayımlanıb. Bölümün efirə getməsindən cəmi bir neçə gün sonra isə real həyatda Kaşif Kozinoğlunun Silivri həbsxanasında vəfat etməsi diqqət çəkib. Bu təsadüf həmin dövrdə mediada geniş müzakirələrə səbəb olub.
XXX
16:07
2011-ci ildə Silivri Həbsxanasında MİT (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir.
"Unikal" xəbər verir ki, istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadə vermək üçün Silivri Ədliyyəsinə gəliblər.
***09:37
2011-ci ildə “Ergenekon” istintaqı çərçivəsində həbsdə olarkən Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma yenidən gündəmdədir.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadəyə çağırılıb. Onların bu gün ifadə verəcəyi bildirilir.
Qeyd olunur ki, Kozinoğlunun ölümü ilə bağlı istintaqın yenidən gündəmə gəlməsindən sonra “Kurtlar Vadisi Pusu” serialında yer alan bəzi detallar da diqqət çəkib.
Belə ki, serialın 123-cü bölümündə “Kazım Kaşifoğlu” adı ilə təqdim edilən MİT əməkdaşı obrazının əslində Kaşif Kozinoğlunu təsvir etdiyi iddia olunur.
Keçmiş zabit və MİT əməkdaşı olan Kaşif Kozinoğlu Bosniya və Herseqovina və Əfqanıstanda uzunmüddətli xidmət keçib. Əfqanıstandan Türkiyəyə qayıtdıqdan sonra 2011-ci ildə həbs edilən Kozinoğlu həmin il noyabrın 12-də Silivri həbsxanasında idmandan sonra ürək tutmasından dünyasını dəyişib.

Ailəsi Kozinoğlunun idmanla məşğul olduğunu və ölümünün şübhəli olduğunu bildirərək hadisənin araşdırılmasını tələb edib. Lakin açılan istintaq bir il sonra bağlanıb.
Sonradan ortaya çıxan iddialara görə, Kozinoğlu ürək tutması zamanı kömək istəyib. Həbsxana əməkdaşı Ferhat Veysi Gülün isə onun səslərinin eşidilməməsi üçün radionun səsini yüksəltdiyi bildirilir.
Daha sonra Gülün FETÖ üzvü olduğu və 15 iyul hadisələrindən sonra xaricə qaçdığı iddia edilib.
Bu iddialar və əvvəlki istintaq materiallarının yenidən gündəmə gəlməsi ilə iş üzrə araşdırma təkrar başladılıb.
İstintaq çərçivəsində Kozinoğlunun zəhərlənmiş ola biləcəyi ehtimalı da araşdırılır.
Gülayə Mecid











.jpg)





























.jpg)

.jpg)













