"Putini bu səhər Polşa sərhədi yaxınlığında hərəkətsiz Ukrayna lokomotivinə zərbə endirməyə hansı təhrif olunmuş məntiqin məcbur etdiyini bilmirəm. Amma əminliklə deyə biləcəyimiz odur ki, bu, ukraynalıların hər gün, hətta mülki dəmir yollarında belə, qarşılaşdıqları mənasız və əsassız hücum növüdür".

"Unikal" xəbər verir ki, bunu sosial media hesabında Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yazıb. 

"Putin hazırda Ukrayna dəmir yolları olan "Ukrzaliznitsya"nın 1700 işçisinin ölümünə görə məsuliyyət daşıyır. Onlar və hər gün dəmir yolundan istifadə edən sərnişinlər əsl qəhrəmanlardır.

Nəhayət, onlara lazım olan hava hücumundan müdafiəni nə vaxt təmin edəcəyik? Niyə Putinin Rusiya aktivlərini dondurub Ukraynaya təhvil verməyək? Təkcə Belçika bankında 140 milyard avrodan çox, Londonda isə təxminən 10 milyard funt sterlinq var. Britaniya nümunə ola bilər.

Ukraynalılar qalib gələcək - bu, son üç gündə onların gözəl ölkələrində çox aydın oldu bizə. Amma hamımız nəhayət bunu ciddi qəbul etsək və onlara ehtiyac duyduqları və layiq olduqlarını versək, bu dəhşətli müharibəni daha tez başa vuracağıq", - deyə Conson qeyd edib.