SEPAH Hörmüz boğazında ABŞ hərbi dəniz pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.

"Unikal" xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri Hörmüz boğazının girişində 5838 nömrəli ABŞ pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb. 

Qeyd edilib ki, ABŞ qüvvələri son günlərdə İran qüvvələri ilə birbaşa qarşıdurmadan ehtiyat edərək boğaza pilotsuz təyyarələr göndərir.

SEPAH, həmçinin, Hörmüz boğazının İranın nəzarəti altında olduğunu və ərazidəki hər hansı "düşmən mövcudluğunun" hədəf kimi qəbul ediləcəyini bildirib.