Ötən gecə Zərdabda baş verən qəzada yanaraq ölən 5 nəfər torpağa tapşırılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, vəfat edən şəxslər Məmmədqasımlı kənd qəbiristanlığında dəfn olunublar.

***02:34

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

"Unikal" APA-ya istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

***00:48

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.

Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.