Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı ləğv edir və 18 sentyabrdan gec olmayaraq konsuluq fəaliyyətini dayandırmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Nazirlik əlavə edib ki, Almaniyanın Höte Mədəniyyət Mərkəzləri də fəaliyyətini dayandırmalı və onların işçilərinə 13 sentyabrdan gec olmayaraq Rusiyanı tərk etmək əmri verilib.
Almaniya diplomatik missiyasının rəhbəri Klemens fon Höts Rusiya Xarici İşlər Nazirliyindən müvafiq notalar alıb.
XİN əlavə edib ki, "ikitərəfli münasibətlərdə yenidən gərginliyin yeni mərhələsini təhrik edən Almaniya hakimiyyəti olub. Nəticələrə görə bütün məsuliyyət tamamilə Almaniya hökumətinin üzərindədir".



























.jpg)

.jpg)






















.jpg)

