Rusiya Prezidenti Vladimir Putinin amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner ilə görüşü 3 saatdan çox davam edib.
"Unikal" TASS agentliyinə istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra Uitkoff və Kuşnerin kortejləri Kremldən yola düşüb.
Bu, Putinin Uitkoffla səkkizinci görüşüdür. Kuşner isə Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.
Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə gedəcəkləri bildirilir.
***22:29
Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü təşkil olunub.
"Unikal" xəbər verir ki, Kremldə keçirilən görüşdə Rusiya tərəfdən Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib.
Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə yola düşəcəkləri bildirilir.





















.jpg)









.jpg)


.jpg)






















