Pentaqon rəhbəri Pit Heqset Yaxın Şərqdəki ABŞ hərbçilərinin yerləşdirilmə müddətini gizli şəkildə uzadır və İrana qarşı əməliyyatın bu il başa çatmayacağını istisna etmir.
"Unikal" xəbər verir ki, belə bir iddia ilə ABŞ mediası çıxış edib.
Qeyd edilib ki, regionda 50 min hərbçi, 19 hərbi gəmi, qırıcılar və desant qüvvələri mövcuddur.
Müddətin uzadılması logistika, hərbi texnikaya xidmət və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir.
Prezident Donald Tramp iqtisadi təzyiqlərin kifayət edəcəyini düşünərək hərbi əməliyyatların bitdiyini elan etməyin tərəfdarıdır.
Hava hücumundan müdafiə qüvvələrinin dislokasiya müddəti 9 aydan 12 aya qaldırılıb, gəmi və desant diviziyalarının növbətçiliyi növbəti illərə qədər uzadılır.





















































