Ermənistanda ağır yol qəzası olub. 

"Unikal" xəbər verir ki, Kuçak-Aparan avtomobil yolunda baş verən qəzada 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti hazırda stabil, lakin ağır, digərlərinin vəziyyəti isə orta və yüngüldür.

Məlumata görə, PAZ sərnişin avtobusu Artik-Yerevan marşrutu ilə hərəkət edirmiş və “Opel Zafira” markalı minik avtomobili toqquşub.