Nepalın Baş naziri Balendra Şah ölkədəki daşqınların əsas səbəbi kimi iqlim dəyişikliyini göstərib.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçinin "Facebook" səhifəsində paylaşım edilib.
"İqlim dəyişikliyinin Himalay bölgəsində temperaturu 1,8 dərəcə artırdığı sübut olunub, buna görə də fəlakətin səbəbinin bu olduğuna şübhə yoxdur. İqlim dəyişikliyi qlobal problemdir və onun yaratdığı fəlakətlərə cavab vermək bütün dünyanın ortaq məsuliyyətidir", - deyə o yazıb.
Xatırladaq ki, Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.







































.png)












