Almaniyanın "Leypsiq" klubu Fransanın "Lill" komandasında çıxış edən 21 yaşlı belçikalı hücumçu Matia Fernandes-Pardo üçün rəsmi təklif göndərib.

"Unikal" xəbər verir ki, "öküzlər" gənc forvardın transferi üçün qarşı tərəfə dərhal 35 milyon avro ödənməyə hazır olduqlarını bildiriblər.

Ötən mövsüm keçirdiyi 41 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə diqqət çəkən belçikalı ulduz "Leypsiq"in skaut şəbəkəsinin əsas hədəfidir.

Almaniya təmsilçisi bu transferlə hücum xəttindəki rəqabəti artırmağı planlaşdırır.