Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.
"Unikal" xəbər verir ki, yarışda 4 idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri medal qazanıblar. Qərib Atababayev (-55 kq), Raul Məlikzadə (-60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (-60 kq) isə turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığmamız yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.




.jpg)


.jpg)

.jpeg)























.jpg)







_1766155543.jpeg)



.jpg)

