Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bakının ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.
"Unikal" xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupundakı ilk oyununda Portuqaliya ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığma qrupdakı növbəti oyununu avqustun 23-də eyni məkanda İspaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya milliləri də mübarizə aparır. Qrup mərhələsinin oyunlarına avqustun 28-də yekun vurulacaq.




.jpg)


.jpg)

.jpeg)























.jpg)







_1766155543.jpeg)



.jpg)

