Ukrayna Silahlı Qüvvələri Energodarda onlarla insanın avtobus gözlədiyi ictimai nəqliyyat dayanacağına hücum edib. Nəticədə bir sakin həlak olub, 17 nəfər yaralanıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb. Daha əvvəl mer Maksim Puxov Ukrayna Silahlı Qüvvələrinin Energodarda gündə 100-ə qədər dron yerləşdirdiyini bildirmişdi.
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının (AES) peyk şəhəri olan Energodara hücumu pilotsuz təyyarə ilə təşkil edib.
"İnsanlar işə getmək üçün avtobus dayanacağında gözləyirdilər. Onlara edilən hücum terror aktıdır", - deyə Zaporojye vilayətinin qubernatoru Yevqen Balitski açıqlayıb.
Ağarza Elçinoğlu



.jpg)

































.jpg)
.jpg)












