Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 986,2 min manat həcmində ƏDV məbləği geri ödənilib.

"Unikal" xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 22 % çoxdur.

Ümumi hesablamaya görə isə layihənin fəaliyyətə başladığı tarixdən bu yana Naxçıvan üzrə istehlakçılara geri qaytarılmış ƏDV məbləği 5,1 milyon manat səviyyəsinə yaxınlaşıb.