Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsində həlak olub. 

Sadiq Niyaz oğlu Abdullayevin nəşi rayona gətirilərək dəfn edilib.

"Unikal" 1994-cü il təvəllüdlü Ucar rayon sakininin fotosunu təqdim edir:

***00:46

Azərbaycan vətəndaşı Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

"Unikal" apa-ya istinadən xəbər veri ki, Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Niyaz oğlu Abdullayev Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat edib.

Həmyerlimizin nəşi doğulduğu Ucar rayonuna gətirilərək dəfn olunub.

Faktla bağlı əlavə məlumat verilməyib.