İsrail kəşfiyyatı uzun illərdir İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla əməkdaşlıq edir və onu İranda hakimiyyət dəyişikliyində əsas fiqur kimi görür.

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. 

İsrail tərəfi onun xərclərini maliyyələşdirib və 2024-cü ildə Budapeştdə Mossad rəhbəri David Barnea ilə gizli görüşlər də daxil olmaqla, bir sıra gizli görüşlər təşkil edib.

Qəzetin məlumatına görə, əməliyyat İsrail ilə İran arasındakı müharibənin son günlərində zirvə nöqtəsinə çatıb: hava hücumundan sonra İsrail agentləri Əhmədinejadı Tehrandan çıxararaq gizli bir sığınacağa aparıblar.

Lakin Əhmədinejad naməlum şəraitdə sığınacağı tərk etdikdə plan uğursuz olub.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ev dustaqlığına salınıb. 

Ağarza Elçinoğlu