Argentina milli komandasının 2026-cı il Dünya Kubokundan kənarlaşdırılması tələbi ilə onlayn kampaniya başladılıb. 

"Unikal" xəbər verir ki, bu kampaniyanın təşkilatçıları Beynəlxalq Futbol Federasiyası və ya heç bir milli futbol federasiyası ilə əlaqəsi olmayan xüsusi "Argentina Out" veb saytı yaradıblar.

Bu petisiyanı hazırlayan şəxslər iddia edirlər ki, dünya futbolunun idarəedici orqanı Argentinanın kapitanı Lionel Messinin azarkeşidir və buna görə də hakimlərdən Argentinanı finala "sürükləmək" üçün istifadə edir.

"Qalib artıq müəyyən edilibsə, niyə başqası iştirak etməlidir?",  - veb saytda qeyd olunub. 

Yarımfinalda Argentina dörddəbir finalda Norveçi məğlub edən İngiltərə ilə qarşılaşacaq. Oyun 15 iyulda keçiriləcək. 

Bundan əvvəl Argentina müvafiq olaraq 1/8 finalda Misir və İsveçrəni məğlub etmişdi. Oyunlardan sonra hər iki komanda hakimlərin Argentinanın xeyrinə qərar verməsindən fəal şəkildə şikayətlənib. Misir Assosiasiyasının prezidenti Hani Əbu Rida matçdakı hadisələrin - Misirin hesabdan çıxarılan qolu və Argentinanın üçüncü qolundan əvvəl mümkün penaltinin araşdırılmasını tələb edib.