Yaponiya və "Parma"nın qapıçısı Ziona Suzuki karyerasını "Paris Saint-Germain"də davam etdirə bilər.

"Unikal" xəbər verir ki, Fransa çempionu artıq Suzuki transferi üçün danışıqlara başlayıb.

"Parma" artıq onun yerinə "Yuventus"un qapıçısı Giovanni Daffara ilə müqavilə imzalayıb.

23 yaşlı Ziona Suzuki 2026-cı il Dünya Kubokunda Yaponiyanın əsas qapıçısı olub. "Transfermarkt" onun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.