Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, ABŞ-ın İnqlvud şəhərində keçirilən oyunda İspaniya və Belçika milli komandaları üz-üzə gəliblər.
Oyun İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, İspaniya yarımfinala yüksəlib və növbəti oyununu Fransa ilə keçirəcək.
***00:08
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ikinci hissə başlayıb.
"Unikal" xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında hesab bərabərdir - 1:1.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
XXX
23:50
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ikinci qol vurulub.
"Unikal" xəbər verir ki,, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında belçikalılar hesabı bərabərləşdiriblər - 1:1.
41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayıb.
XXX
23:33
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyununda ilk qol vurulub.
"Unikal" xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar hesabı açıblar - 1:0.
30-cu dəqiqədə Fabian Ruiz fərqlənib.
XXX
10 İyul, 23:00
Futbol üzrə dünya çempionatının İspaniya - Belçika oyunu başlayıb.
"Unikal" xəbər verir ki, 1/4 final mərhələsinin matçı Los-Anceles stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.










.jpg)

.jpg)




















.jpg)







_1766155543.jpeg)





.jpg)








