Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılması ehtimalını rədd edib.

"Unikal" xəbər verir ki, o bu açıqlamanı Ankarada keçirilən NATO sammiti zamanı verib.

"Əlbəttə ki, Qrenlandiya satılmır; biz bunu əvvəldən açıq şəkildə bildirmişik. Bu baş verməyəcək", - deyə Danimarkanın Baş naziri bildirib.

Danimarka hökuməti başçısının sözlərinə görə, ölkəsi ABŞ ilə yaxşı hərbi əməkdaşlıq edir. Eyni zamanda, Frederiksen bildirib ki, Ankarada keçiriləcək görüşdə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə etmək niyyətində deyil.