Sabah Bakının bir hissəsində qaz olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Nardaran qəsəbəsinin, Azərbaycan qadını və Albalılıq küçələrinin, Yasamal rayonunun F. İbrahimbəyov, M. Naxçıvani, C. Cabbarlı, C. Qaryağdıoğlu və Z. Əhmədbəyov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Sulutəpə qəsəbələrinin (bir hissəsi), Suraxanı rayonunun Əmircan qəsəbəsinin, 5-ci Mədən və X.Ələkbərov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.



















































.jpg)



