Sentyabrın 11-13-də Belçikanın Antverpen şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun oyunları baş tutacaq.

"Unikal" xəbər verir ki, mövsümün ən nüfuzlu yarışlarından biri hesab olunan Avropa Kubokunda qadınlardan ibarət yığmamız da mübarizə aparacaq. ​Püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alan millimizin rəqibləri Ukrayna və Niderland yığmaları olacaq.