Ağdamda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.
"Unikal" report-a isyinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi yaxınlığında, Uzundərə ərazisində baş verib.
Belə ki, "Toyato Prado" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı minik avtomobilində olan sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



















































.jpg)



