DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən son oyunlardan sonra daha iki 1/4 final cütü bəlli olub.

"Unikal" xəbər verir ki, bu gün  Norveç sensasiyalı şəkildə Braziliyanı 2:1 hesabı ilə üstələyib, İngiltərə isə Meksikanı mübarizədən kənarlaşdırıb (3:2).

Bununla da 1/4 finalın ilk iki cütü müəyyənləşib:

Fransa – Mərakeş
İngiltərə – Norveç

Digər iki 1/4 final cütünün iştirakçıları isə bu oyunlardan sonra müəyyənləşəcək:

Argentina – Misir / Kolumbiya – İsveçrə

Portuqaliya – İspaniya / ABŞ – Belçika

1/4 finalın oyunları iyulun 10-12-si aralığında keçiriləcək.