Bakının Nəsimi rayonunda artıq inkişafı dayanmış, kökləri qurumuş, çox əyilmiş və ətraf ərazi üçün təhlükəli vəziyyət yaradan iri ağacların kəsilməsi və çıxarılması üçün genişmiqyaslı işlər görülür.

"Unikal" xəbər verir ki, kəsilmiş ağacların yerinə yeniləri əkilir.

Bundan əlavə, kəsilən hər bir ağac üçün əvvəlcədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Agentliyindən müvafiq qiymətləndirmələr alınıb.