Mərhum pop kralı Maykl Ceksonun həyatından bəhs edən "Maykl" filmi tarixin ən çox gəlir gətirən bioqrafik filmi olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aprelin sonunda nümayişə çıxan ekran əsəri dünya üzrə kinoteatrlarda 977 milyon dollar gəlir əldə edib. Bununla da film 975 milyon dollar qazanc əldə edən rejissor Kristofer Nolanın "Oppenheimer" filmini geridə qoyub.
"Maykl" daha əvvəl isə 2018-ci ildə ekranlara çıxan və 911 milyon dollar gəlir gətirən "Bohemian Rhapsody" geridə qoyaraq ən çox gəlir əldə edən musiqi bioqrafiyası adına sahib olmuşdu.
Qeyd edək ki, filmdə Maykl Ceksonu müğənninin qardaşı oğlu Cəfər Cekson canlandırıb.









.jpg)




.webp)





.jpg)
















.jpg)
















