Esseks qraflığında (İngiltərənin cənub-şərqi - red.) Nort-Uild aerodromundan havaya qalxan yüngül mühərrikli təyyarə tarlada qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 2 nəfər ölüb:

"İkiyerlik "Cessna" təyyarəsi qısa uçuş həyata keçirirdi, lakin təəssüf ki, geri qayıtmayıb. Ölənlərin şəxsiyyəti hələ rəsmi olaraq müəyyənləşdirilməyib".

Qəzanın səbəbləri araşdırılır.