Bakıda bibisi qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşiyevn cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə Kamil Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Daha sonra məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Kamil Baxşıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2026-ci ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.
Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisi qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələr endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elsad Baxışovu bibisi qızı Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.
Kamal Baxşıyev qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu









.jpg)

















.jpg)






.jpeg)








.jpg)

.jpg)



.jpg)


