Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Unikal"ın məlumatına görə, avropalı diplomat Bakıya səfəri ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Avropa İttifaqı Cənubi Qafqaz üçün dinc, firavan və parlaq gələcəyə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən həmçinin ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı daha da dərinləşdirmək üçün buradayam".

Ağarza Elçinoğlu