Bu gün axşam saat 22:28 radələrində 77 BZ 281 dövlət qeydiyyat nişanlı benzin daşıyan (boş vəziyyətdə) avtomobil dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Sumqayıtçay stansiyasının çıxışında hərəkətdə olan teplovozun qarşısına çıxıb.
"Unikal" xəbər verir ki, ADY-dən verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb.
Nəticədə teplovoz relsdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
*** 23:26
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" Bakues.az-a istinadən xəbər verir ki, qatar dəmir yolu keçidində benzin daşıyan TIR-la toqquşub.
Hadisə yerinə polis əməkdaşları, eləcə də digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcəyi gözlənilir.
Xəsarət alanların olub-olmaması və hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


















































.jpg)




