Polşanın keçmiş Baş naziri Mateuş Moravetski Ukraynanın "Müdrik Knyaz Yaroslav" ordenini Çelmdəki Volın qırğını qurbanlarının xatirə muzeyinə bağışladığını açıqlayıb.
"Unikal" xəbər verir ki, Polşa hökumətinin keçmiş rəhbəri 1 iyun 2022-ci ildə Ukraynanın 2-ci dərəcəli "Müdrik Knyaz Yaroslav" ordeni ilə təltif edilib. Müvafiq fərman Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb. Moravetski mükafatı "Ukrayna-Polşa dövlətlərarası əməkdaşlığının gücləndirilməsinə verdiyi əhəmiyyətli şəxsi töhfəyə" görə alıb.
"Mən bu ordeni Volın qırğını muzeyinə bağışlayıram. Beləliklə, bu muzeyi ziyarət edən hər kəsin - istər polyak, istərsə də xarici - bu ən dəhşətli, qəddar Volın cinayətinin dəhşətləri haqqında düşünmək üçün əlavə səbəbi olacaq", - Moravetski jurnalistlərə verdiyi müsahibədə bildirib.














































.jpg)







