Argentina milli futbol komandasının kapitanı Lionel Messi "Sony Pictures"in "YouTube" kanalında yayımlanan "Hörümçək adam: Yeni Gün" filminin tizerində rol alıb.
"Unikal" xəbər verir ki, filmdə Messi, britaniyalı aktyor Tom Hollandın canlandırdığı Peter Parkerin olduğu Nyu-York şəhərindəki bir mağazaya girir. Futbolçunu görəndə təəccüblənən Parker telefonu yerə atır və yıxılır, sonra argentinalıdan orada nə etdiyini soruşur. Messi cavab verir ki, "Hörümçək adam"ı axtarır.
Dərhal sonra Parker "Hörümçək adam"a çevrilir və Messidən hündürlükdən qorxub-qorxmadığını soruşur. Messi videoda ispan dilində danışdığı üçün sualı başa düşmür. Növbəti kadrda "Hörümçək adam"ın qışqıran Messini daşıyaraq Nyu-York şəhərində torla gəzdiyi göstərilir.




































.jpg)















