Doha ABŞ ilə deyil, Qətərlə danışıqlara ev sahibliyi edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Yaxın günlərdə Amerika nümayəndələri ilə heç bir səviyyədə görüşmək planımız yoxdur. Sabah Dohada memorandumun müddəalarının həyata keçirilməsi, xüsusən də İran aktivlərinin blokdan çıxarılması ilə bağlı danışıqların baş tutacağı ehtimal olunur, lakin bu danışıqlar Qətər tərəfi ilə aparılacaq", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü brifinq zamanı bildirib.