Sağçı Xalq Qüvvəsi partiyasının namizədi Keiko Fujimori Peruda keçirilən prezident seçkilərində qalib gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Seçki Prosesləri Orqanı (ONPE) məlumat yayıb.
Agentliyin rəsmi məlumatlarına görə, bülletenlərin 100%-i emal edildikdən sonra Fujimori 9.223.396 vətəndaşın dəstəyini qazanıb ki, bu da səslərin 50.135%-ni təşkil edir. Onun əsas rəqibi, "Peru üçün Birlikdə" siyasi təşkilatını təmsil edən Roberto Sançes səslərin 49.865%-ni toplayıb. O, 9.173.755 səs toplayıb.
Fujimori ölkə tarixində demokratik yolla ən yüksək vəzifəyə seçilən ilk qadın olub.
Gülayə Mecid














.webp)



.jpg)



































