Özünə və bacısına məxsus mənzillər sökülsə də, yerində tikilən binadan onlara ev verilməyib.
"Unikal" xəbər verir ki, Xəzər Tv-nin qaynar xəttinə müraciət edən Nəsimi rayon sakini Səməd Mədətov iddia edir ki, "Pilot İnşaat-A" MTK onu və bacısını evsiz qoyub. Onun sözlərinə görə, sökülən mənzillərin əvəzinə yeni binadan onlara 72 və 145 kvadratmetr sahəsi olan mənzillər vəd verilib. Lakin sonradan həmin mənzillər başqalarına satılıb.
Səməd Mədətov deyir ki, hadisə ilə bağlı Nəsimi rayon məhkəməsinə də müraciət edib.
O, iddia edir ki, sözügedən MTK-nı məhkəyə verdiyi üçün şirkət tərəfindən onlara verilməli olan kirayə pulu da 3 ildir ödənilmir.
Məhkəmə tərəfindən xeyrinə qərar çıxarıldığı halda əmlakını geri ala bilmədiyi deyən vətəndaş hazırda icraçı orqan kimi Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirir.






.webp)



.jpg)










































