Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından gələn müəllimlərin fənn bilikləri yüksəkdir.

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51 bal, MİQ-də iştirak etməyənlərin sertifikatlaşdırmada orta balı 42 bal olub:

"Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99%). Onların 62%-i sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib. Nəticə etibarı ilə MİQ-lə daha savadlı müəllimlər gəlir".