Sumqayıtda 20 yaşlı qız itkin düşüb. 

"Unikal" xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan 2006-cı il təvəlldlü Aysel Rüstəmli iyunun 28-də saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

1,58 m boyunda, arıq bədən quruluşlu, qarabəniz, qara gözləri və uzun qara saçları olan Ayseli görənlərdən (050) 686-92-41 nömrəsi ilə əlaqə saxlamaları və ya Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat vermələri xahiş olunur.