ABŞ-də külək və Günəş enerjisi layihələri üzrə icazələrin gecikməsi 121 milyard dollar dəyərində investisiyanı risk altına salıb.
"Unikal" "Wood Mackenzie" tədqiqat şirkətinin hesabatına istinadla xəbər verir ki, icazələrin verilməsində yaranan ləngimələr 92 giqavat gücündə külək, Günəş və enerji saxlama layihələrinin həyata keçirilməsini çətinləşdirir. Bu həcmdə enerji təxminən 69 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə kifayət edir.
Məlumata əsasən, ötən il ABŞ Daxili İşlər Nazirliyinin tətbiq etdiyi yeni qaydalardan sonra bərpaolunan enerji layihələri üzrə icazələrin bütün mərhələlərdə yüksək vəzifəli rəsmilər tərəfindən təsdiqlənməsi tələb olunur. Bu isə federal qurumların iştirakı ilə həyata keçirilən layihələrin icra müddətini uzadıb.
Hesabatda qeyd olunur ki, ABŞ-də ilkin mərhələdə olan bərpaolunan enerji layihələrinin təxminən 32 faizi əlavə federal yoxlamalardan keçməlidir. Xüsusilə bataqlıq ərazilərdə həyata keçirilən layihələr, eləcə də aviasiya və müdafiə qurumları ilə razılaşdırma tələb edən külək elektrik stansiyalarının əsas gecikmə səbəbi olduqları bildirilir.
"Wood Mackenzie" şirkətinin tədqiqatçısı Qabi Akkerman Loqan bildirib ki, icazələrin verilməsi yeni enerji layihələrinin həyata keçirilməsində ən ciddi maneələrdən biri olaraq qalır. Onun sözlərinə görə, daha koordinasiyalı və proqnozlaşdırıla bilən icazə mexanizmi yaradılmasa, gecikmələr investisiya qərarlarına mənfi təsir göstərməyə davam edəcək.




.jpg)



.jpg)

.webp)



.jpg)

.jpg)















.jpg)


















