Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada təkbətək danışıqlar aparıblar.
"Unikal" xəbər verir ki, görüşdə liderlər bu səfərin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətini vurğulayıblar.
Qazaxıstan lideri bildirib ki, Gürcüstan strateji cəhətdən əhəmiyyətli və ənənəvi tərəfdaş kimi qəbul edilir. “Bu gün çox sayda qazaxıstanlı turist Gürcüstanı ziyarət edir və onlar müsbət təəssüratla qayıdırlar. Bununla belə, ikitərəfli münasibətlərdə hələ də istifadə olunmamış bəzi imkanlar var və tam potensialdan istifadə etmək üçün səylər göstərilməlidir”, - deyə o diqqətə çatdırıb.
Gürcüstanın Baş naziri öz növbəsində ölkələr arasında tərəfdaşlığın strateji xarakter almasından sevindiyini bildirib. O, bu səfərin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb. Tərəflərin strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalayacağını vurğulayan İrakli Kobaxidze deyib ki, ortaq dəyərlərə əsaslanan bu sənəd ikitərəfli əməkdaşlığa yeni təkan verəcək.










.jpg)



.jpg)

.webp)


.jpg)

.jpg)
















.jpg)












