Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo İtaliya Seriyası C komandası olan "Ravenna"da meydana qayıtması ilə bağlı yayılan şayiələrə münasibət bildirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı keçmiş yarımmüdafiəçi "Ravenna"da futbolçu kimi komandada oynayıb-oynamayacağı barədə suala müsbət cavab verib. 

"Bəli, doğrudur. Gəlin belə deyək: bu, mənim üçün də yeni bir çağırışdır. Mütləq rəsmi matçda bir neçə dəqiqə keçirəcəyəm, ondan sonra özümü necə hiss edəcəyimi görəcəyik", - deyə Ronaldinyo açıqlayıb.

Qeyd edək ki, ulduz futbolçu daha əvvəl İtaliya klubu ilə müqavilə imzalamışdı. 

Ronaldinyo karyerası ərzində "Qremio", "PSJ", "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineiro", "Keretaro" və "Fluminense" kimi məşhur klublarda çıxış edib.

Braziliya milli komandası ilə Dünya Kubokunu, Copa America və Konfederasiyalar Kubokunu qazanıb. "Barselona" ilə Çempionlar Liqasını, iki dəfə La Liqanı və UEFA Super Kubokunu qazanıb. "Milan"la isə İtaliya çempionu elan edilib.

Ağarza Elçinoğlu