Moskva və Bakı Aktau yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün məsələləri tam həll ediblər.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə deyib.
Lakin diplomat məsələnin həssaslığı səbəbindən detallara toxunmaqdan imtina edib. Onun sözlərinə görə, bu, qurbanları və ölənlərin yaxınlarını narahat edir.
Qeyd edək ki, 2024-cü ilin 25 dekabr səhəri Qazaxıstanın Aktau şəhərindəki hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus Embraer-190 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Ağarza Elçinoğlu















.jpg)



































