Miçiqanlı bir cütlük 7 yaşlı oğullarını həddindən artıq yedizdirdikləri üçün qətl və uşaq istismarında ittiham olunur.

"Unikal" xəbər verir ki, 40 yaşlı Damien və 41 yaşlı Cessika O'Brayan Kasperi, demək olar ki, qapalı şəraitdə saxlayıbdılar: oğlan heç vaxt məktəbə getməyib, yataq xəstəsi olub və qidası, demək olar ki, tamamilə kartof çipsləri və digər qəlyanaltılardan ibarət olub. Anası boğulma şikayəti ilə 911-ə zəng edəndə həkimlər onu ağır vəziyyətdə - 115 kiloqramdan çox çəkidə və tamamilə hərəkətsiz vəziyyətdə tapıblar. Uşaq xəstəxanada ölüb: onda autopsiya zamanı dəhşətli piylənmə səbəbindən dilatasiya olunmuş kardiomiopatiya aşkar edilib.

Valideynlərinin sığortası olsa da, Kasper həyatında yalnız bir dəfə həkimə müraciət edib. 

Uşağın valideynlərinə cinayət işi açılıb.