ABŞ hökuməti miqrantların vətənlərinə qayıtmaq üçün biletlərinin pulunu ödəməyə və 2100 dollar ayırmağa hazırdır.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik katibi Markveyn Mallin bildirib. O qeyd edib ki, Müvəqqəti Qorunan Status (TPS) proqramı çərçivəsində ölkədəki miqrantlar ya daimi hüquqi status almalı, ya da öz ölkələrinə qayıtmalıdırlar.
Mallinin sözlərinə görə, hakimiyyət orqanları təyyarə bileti və gəldikdən sonra yenidən məskunlaşma üçün təxminən 2100 dollar təmin etməklə könüllü qayıdışlara kömək etməyə hazırdır.
Bu açıqlama ABŞ Ali Məhkəməsinin prezident Donald Tramp administrasiyasına Haiti və Suriyadan olan yüz minlərlə miqrant üçün müvəqqəti qorunmanı dayandırmağa icazə verən qərarından sonra verilib.

































.jpg)














.webp)






.jpg)

