Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndi ərazisində qeydə alınıb. Belə ki, 67-BM-140 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı avtomobillə 75-AF-754 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




jpg_1731486413.jpg)






.jpg)





























.jpg)














.webp)
