Türkiyə Azərbaycanla birlikdə dosye hazırlayıb və paxlavanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına "paxlava"adı ilə daxil etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yaylıb. 

Son qərar 30 noyabr - 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək UNESCO Hökumətlərarası Komitəsinin 21-ci iclasında veriləcək.

Qeyd edək ki, Yunanıstan və Ermənistan tərəfindən mənimsənilən paxlava uzun müddətdir mübahisə mövzusudur. Bu desertə aid məlumatlara Fateh Sultan Mehmedin dövrünə aid saray kulinariya qeydlərində rast gəlinib.