Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində, o cümlədən şairin doğma yurdu Qazaxda silsilə tədbirlərlə qeyd olunur.
"Unikal" xəbər verir ki, 20-21 iyun 2026-cı il tarixlərdə Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib.
İyunun 20-də Qazax şəhərində yerləşən Fəxri Qazaxlılar parkında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin açılış mərasimi olub.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Qazax Rayon İcra Haklimiyyətinin dəstəyi, BP-nin sponsorluğu ilə təşkil olunmuş sərgidə 32 nəşriyyat iştirak edib, 20 nəfər yazıçı və ziyalının əsərləri nümayiş etdirilib. Sərgidə 32 nəşriyyat öz stendləri ilə təmsil olunub. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanıblar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim edilib.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiq, “Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu, “BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva, Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, yazıçı və jurnalistlər, ziyalılar, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
“Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisində iştiraklarına görə razılığını ifadə edib. Bugünkü tədbirin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi 30-cu yubiley sərgisi olduğunu bildirib. Sərginin təşkilində dəstək olan qurumlara minnətdarlıq edib.
“Azərbaycan Nəşriyyatı Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xalq şairi Səməd Vurğunun yurdunda olmaqdan qürur duyduğunu söyləyib. Ş.Sadiq “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin ölkənin aparıcı nəşriyyat rəhbərlərinin iştirakı ilə 18 yanvar 2021-ci ildə nəşriyyat işlərinin nizama salınması, bu sahədə atılacaq addımların sistemli təşkilinin həyata keçirilməsi məqsədilə təsis edildiyini və hazırda Birliyin 28 üzvü olduğunu diqqətə çatdırıb. Bu müddət ərzində ölkənin müxtəlif regionlarında kitab festivalları, sərgilər, yarmarkalar təşkil olunduğunu, nəşriyyatların birgə fəaliyyəti istiqamətində uğurlu addımlar atıldığını bildirib. Birlik olaraq yerli nəşriyyat sisteminin ölkə xaricində tanınması üçün əhəmiyyətli tədbirlər həyata keçirildiyini söyləyib. ANAİB-in bu cür tədbirlər nəticəsində dövlətçilik dəyərlərimizi intellektual gənclərə kitab vasitəsilə çatdıraraq yerli kitabçılığın inkişafını lokal xarakterdən uzaqlaşdırmağı əsas prioritet kimi müəyyənləşdirdiyini qeyd edib. “Bölgələrə kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgilərin silsilə şəklində Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran və Mingəçevir kimi bölgələrimizdə mütəmadi keçirildiyini, eyni zamanda kitabları uşaqlara sevdirmək üçün ölkəmizdə hər il ANAİB Uşaq Kitab festivalınn uğurla icra olunduğunu vurğulayıb. Bu tədbirlər planının məntiqi davamı kimi 20-21 iyun tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisinin təşkil edildiyini diqqətə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluq duyduğunu bildirib. Rayon rəhbəri Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə rayonda 11 tədbir keçirildiyini, eyni zamanda silsilə tədbirlərin ilin sonuna kimi keçiriləcəyini vurğulayıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin əhəmiyyətindən söz açan icra başçısı təşkilatçılara, bu sərgiyə dəstək verən insanlara razılığını ifadə edib. Xalq şairinin zəngin irsinin gələcək nəsillərə çatdırılmasında bugünkü kitab sərgisinin böyük töhfə olacağını söyləyib.
“BP” şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə sosial layihələr üzrə rəhbəri Xalid Rəcəbov, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin İnzibati təşkilati iş sokterunun baş məsləhətçisi (hüquq və insan resursları üzrə) Ayaz Qələndərli, Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı çıxış edərək Xalq şairi Səməd Vurğunun yaradıcılığına verilən dəyərə, qiymətə görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, bu cür tədbirlər, sərgilər təşkil edən təşkilatçılara razılıqlarını ifadə ediblər. Çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxda keçirilən kitab sərgisi yerli oxucular tərəfindən böyük maraqla qarşılanıb. Onu da bildirək ki, regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.







































.jpg)
















