19 iyun 2026-cı il tarixində Çöhrə Estetik Klinikasının yeni məkanının rəsmi açılışı baş tutub.
"Unikal" xəbər verir ki, yarandığı gündən etibarən sağlam dəri, estetik harmoniya və pasiyent təhlükəsizliyini əsas prinsip kimi qəbul edən Çöhrə Estetik Klinikası artıq daha geniş, müasir və komfortlu şəraitdə fəaliyyətini davam etdirir.
Klinikanın yeni konsepsiyası yalnız estetik prosedurların həyata keçirildiyi bir məkan deyil, eyni zamanda elmi yanaşmanın, peşəkarlığın və pasiyent məmnuniyyətinin prioritet olduğu sağlamlıq və gözəllik mərkəzi kimi formalaşdırılıb.
Çöhrə Estetik Klinikasında bütün prosedurlar ixtisaslı həkimlər tərəfindən, beynəlxalq standartlara uyğun avadanlıqlar və sübutlara əsaslanan tibbi protokollar əsasında həyata keçirilir. Klinikanın xidmət spektrinə dermatologiya, dermatokosmetologiya, lazer texnologiyaları, regenerativ tibb və estetik tibbin müasir istiqamətləri daxildir.
Açılış mərasimində səhiyyə və biznes ictimaiyyətinin nümayəndələri, tərəfdaşlar, media təmsilçiləri və klinikanın dostları iştirak ediblər. Tədbir zamanı qonaqlara klinikanın yeni imkanları, müasir avadanlıqları və gələcək inkişaf strategiyası təqdim olunub.
Klinikanın rəhbəri, dermatoloq-kosmetoloq Günay Mikayılova çıxışında bildirib:
“Biz bu gün sadəcə yeni bir məkanın açılışını qeyd etmirik. Biz uzun illərin təcrübəsini, etibarı və pasiyentlərimizə verdiyimiz dəyəri daha geniş imkanlarla birləşdirərək yeni bir mərhələyə qədəm qoyuruq. Əsas məqsədimiz hər zaman olduğu kimi insanlara özlərini daha sağlam, daha güvənli və daha xoşbəxt hiss etməyə kömək etməkdir.”
Çöhrə Estetik Klinikası gələcək fəaliyyətində də innovativ texnologiyaların tətbiqinə, həkimlərin davamlı inkişafına və yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə sadiq qalacağını bəyan edir.
Çünki ən dəyərli geyiminiz dərinizdir.
Media ilə əlaqə:
Çöhrə Estetik Klinikası
Telefon:
070 708 61 61
055 708 61 61
012 598 99 22
E-mail: chohreestetic@gmail.com
Ünvan: Xocalı prospekti, 86 (“Aga Center”in üzbəüzü)














































.jpg)









